Avtoreyd.Az Hadisə Sərxoş sürücünün bir ailəni məhv edən qəzasının görüntüləri (VİDEO)

Sərxoş sürücünün bir ailəni məhv edən qəzasının görüntüləri (VİDEO)


Qazaxda baş verən dəhşətli qəza ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.
BAKU.WS-in məlumatına görə, hadisə 18 aprel tarixində İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında baş verib. Saytımıza müraciət edən oxucumuz qəzaya səbəb olan hərbçinin görüntülərini göndərib.
Kadrlardan da aydın olduğu kimi avtomobil qəzasına səbəb olan sürücü içkili vəziyyətdə olub. Sürücüsü avtomobilini bağlanan yoldakı bardürə çıxarıb və nəticədə idarəetməni itirib. Bununla da avtomobil yolun kənarında dayanan digər avtomobilə çırpılıb.
Qəza zamanı yolun kənarında dayanan avtomobildə olan 22 yaşlı Səadət Hüseynova dünyasını dəyişib. Avtomobildə olan 1 azyaşlı uşaq və yaşlı qadın isə ağır bədən xəsarətləri alıb. Avtomobilin sürücüsüvə 3 yaşlı oğlu isə qəza zamanı marketdə olduğu üçün xəsarət almayıb.
Hadisədən dərhal sonra qəzaya səbəb olan hərbçi Atamoğlu Cəfərsoy polis əməkdaşları tərəfindən saxlınılıb. Kadrlardan göründüyü kimi hərbçi özünə haqq qazandırır və tez-tez Azərbaycan xalqına xidmət etdiyini vurğulayır.
Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz:

Related Post

Yanan avtomobildən insanları xilas etmək üçün sürücülər şüşələri ayaqla sındırıblar (Video)Yanan avtomobildən insanları xilas etmək üçün sürücülər şüşələri ayaqla sındırıblar (Video)

Avtoreyd.az bildirir ki, İnquşetiyada Sunjen rayonunda yolda sürücülər insanları xilas etmək üçün yanan avtomobilin pəncərələrini ayaqlarıyla sındırıblar. Yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər həlak olub, beş nəfər isə zərər çəkib. Qəza “Qafqaz”