Avtoreyd.Az Gündəm Ağsu aşırımı ilə bağlı xüsusi layihə hazırlanır – VİDEO

Ağsu aşırımı ilə bağlı xüsusi layihə hazırlanır – VİDEO


Xüsusən qış aylarında sürücülər Ağsu aşırımında avtomobil idarə etməkdə böyük əziyyət çəkirdilər. Çünki bu yolda bir çox hallarda sürüşmələr olurdu və yol deformasiyaya uğrayırdı. Artıq bu problemlər tam aradan qaldırılacaq. Belə ki, yolun yenidən qurulması üçün layihə hazırlayıb.

Sürücülərin əziyyət çəkdiyi və sürüşmələrin ən çox olduğu Ağsu dolayıları əsaslı şəkildə yenidən qurulacaq. Azəravtoyol açıq səhmdar cəmiyyəti sözügedən yolun böyük bir hissəsində yenidənqurma işləri həyata keçirəcək

Bu işlər zamanı Ağsu dolayılarında genişlənmə işləri aparılacaq. İki zolaqdan ibarət olan Ağsu dolayları bəzi hissələrdə 3 zolaq olacaq. Bu da avtomobillərin rahat hərəkəti üçün nəzərdə tutulur. Layihə çərçivəsində yolun ən təhlükəli yerlərində genişləndirmə işləri də aparılacaq.

Dolaylarda yağış və qurunt sularının ərazidən uzaqlaşdırılması üçün küvetlər inşa ediləcək. Bundan əlavə sürüşmələrin qarşısını almaq məqsədi ilə mühəndisi qurğularda inşa ediləcək.

Hazırda layihənin təkmilləşdirilməsi üzərində işlər aparılır və yolun gələn il təmir edilməsi planlaşdırılır.

Related Post