Bakıda sərnişin avtobusu sürücülərinin özbaşınalıqları davam edir.
AvtoReyd.Az Xezerxeber.aza istinadən məlumat verir ki, qanunla qadağan olunmasına baxmayaraq, avtobus sürücüləri içərisi adamla dolu olan maşınla yanacaqdoldurma məntəqələrinə girir. Növbəti belə hal 185 saylı marşrut xətti üzrə hərəkət edən avtobusda yaşanıb. Sürücü sərnişinlə dolu avtobusla yanacaqdoldurma məntəqəsinə daxil olub.
Dəfələrlə bu mövzu ilə bağlı xəbərdarlıq edilməsinə baxmayaraq, problem yenə də öz həllini tapmayıb.