Avtoreyd.Az Hadisə Bakının mərkəzində minik maşını aşıb, ölən və yaralanan var – FOTO

Bakının mərkəzində minik maşını aşıb, ölən və yaralanan var – FOTO


Bakının Xətai rayonu ərazisində minik avtomobilinin aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az “Report”-a istinadən xəbər verir ki, hadisə Nobel prospektində qeydə alınıb.

Belə ki, 1968-ci il təvəllüdlü Qarayev Fərahim Nazim oğlunun idarə etdiyi “Oka” markalı, “22-BE-411” dövlət qeydiyyat nişanlı avtomobil aşıb. Nəticədə sürücü F.Qarayev ölüb. Avtomobildə olan sərnişin, 37 yaşlı Abbasova Alidə Abbas qızı ağır xəsarət alaraq xəstəxanaya yerləşdirib.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.

 

Related Post

Bakıda analoqu olmayan yol qəzası – “Cip”in sürücüsü maşının altında qaldı (VİDEO)Bakıda analoqu olmayan yol qəzası – “Cip”in sürücüsü maşının altında qaldı (VİDEO)

Bakıda analoqu olmayan yol qəzası baş verib. BAKU.WS-in məlumatına görə, “Cip” maşını paytaxtın mərkəzi küçələrindən birində velosipedi vurub. Dərhal avtomobili dayandıran sürücü velosipedçiyə yaxınlaşmaq istəyib. Ancaq bu zaman maşın geriyə