Avtoreyd.Az Hadisə Azərbaycanda polisə evinə oğru girdiyini söyləyən şəxs həbs edildi

Azərbaycanda polisə evinə oğru girdiyini söyləyən şəxs həbs edildi


Mayın 11-də Ağsu rayonunun Qaradaşlı kənd sakini Sədaqət Qədirov RPŞ-yə müraciət edərək mayın 10-da evindən pəncərədən girmək yolu ilə 200 manat pulunun və 2 ədəd qızıl üzüyünün oğurlanmasını bildirib.
Daxili İşlər Nazirliyi xəbər verir ki, Ağsu RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmkəndliləri Şamxal Məmmədov və Elçin Abdullayev tutulublar. Onlardan 5 ədəd qumbara, 1  ədəd kustar üsulla düzəldilmiş tapança və 4 ədəd alışdırıcı götürülüb.
Onlar izahatlarında silah-sursatı S.Qədirovun evindən oğurladıqlarını bildiriblər. Əməliyyat tədbirlərinin davamı olaraq S.Qədirovun evinə baxış zamanı oradan 25 ədəd pulemyot patronu və 1 ədəd qumbara alışdırıcısı aşkar edilərək götürülüb.
S.Qədirov tutulub.

Related Post

Azərbaycanda “İnstagram”da tanış olduğu qadınları hədələyərək pul tələb edən şəxslər saxlanılıb – VİDEOAzərbaycanda “İnstagram”da tanış olduğu qadınları hədələyərək pul tələb edən şəxslər saxlanılıb – VİDEO

Respublikanın daxili işlər orqanlarının əməkdaşları tərəfindən müxtəlif sosial şəbəkələrdə insanların etimadını qazanan və daha sonra tanış olduqları şəxsləri hədələyərək onlardan qanunsuz olaraq pul tələb edən şəxslərə qarşı əməliyyat tədbiri həyata