Avtoreyd.Az Gündəm Bakı Nəqliyyat Agentliyindən daha bir yenilik – TAKSİ DURACAQLARI – VİDEO

Bakı Nəqliyyat Agentliyindən daha bir yenilik – TAKSİ DURACAQLARI – VİDEO


Bakıda taksilər üçün xüsusi dayanacaqlar yaradılıb. İlkin olaraq şəhərin 11 müxtəlif hissəsində yaradılan bu dayanacaqlardan fiziki qüsurlu şəxslərin rahat istifadə etməsi üçündə şərait yaradılıb. Belə dayanacaqların sayı 79-a çatdırılacaq.

Yolun kənarına taksi tablosu vurulub, yerə çəkilən sarı xətt vasitəsi ilə daynacaqın girişi və son nöqtəsi göstərilib. Üstəlik dayancağın olduqu ərazidə yolun kənarına dəmir məhəccərlər vurulub.

Bakı Nəqliyyat Agentliyi tərəfindən paytaxtın 11 müxtəlif nöqtəsində taksilər üçün dayanacaqlar yaradılıb.

Belə dayancaqlardan isə fərqlənmə nişanı almış bütün taksi sürücüləri əlavə ödəniş etmədən istifadə edə bilərlər. Dayancaqlardakı nizam intizama isə yol polisi tərəfindən nəzarət ediləcək.

Müşahidələrimz onu göstərir ki, taksi üçün ayrılan dayancaqlardan bəzi digər nəqliyyat vasitələrinin srücüləri parkinq ərazisi kimi istifadə edirlər. Maraqlısı budur ki, qanunvericiliydə taksi dayanacaqında digər nəqliyyat vasitələrini saxlayan sürücülər üçün hər hansı cərimə nəzərdə tutulmur.

Ümumilikdə şəhərdə taksilərin rahat dayana biləcəyi 79 nöqtədə belə dayanacaq yaradılacaq.

Avtoreyd.Az

Related Post

Şəkinin turizm mərkəzinə gedən 7.2 km-lik yol yenidən qurulur – VİDEOREPORTAJ / FOTOŞəkinin turizm mərkəzinə gedən 7.2 km-lik yol yenidən qurulur – VİDEOREPORTAJ / FOTO

Kənd təsərrüfatının və turizmin inkişafına gətirib çıxaracaq avtomobil yollarının yenidən qurulması istiqamətində Azərbaycan Respublikası Prezidentinin tövsiyə və tapşırıqlarına uyğun olaraq “Azəravtoyol” ASC tərəfindən müvafiq işlər uğurla icra olunur. Bu cür

Paytaxtda DYP səkidə park edilən maşınlara qarşı bu cür mübazirəyə başladı (Foto)Paytaxtda DYP səkidə park edilən maşınlara qarşı bu cür mübazirəyə başladı (Foto)

Bakı Şəhər Yol Polisi əməkdaşları avtomobillərini səkilərdə park edən sürücülərlə bağlı yeni mübarizə metodu fikirləşiblər. AvtoReyd.Az “oxu.az”a istinadən xəbər verir ki, yeni “nəzakətli” metod inzibati cərimə nəzərdə tutmur. Polislər səkilərdə dayanmış