Avtoreyd.az bildirir ki, Mostar şəhəri yaxınlığında aviaqəza baş verib. Nəticədə beş nəfər həlak olub.
Radiosarajevo xəbər verir ki, təyyarə yerə düşdükdən sonra qabaq hissəsi tamamilə yanıb.
Yayılan informasiyaya görə, qəza nəticəsində aviasiya məktəbinin təlimatçısı və üç kursant həlak olub. Beşinci şəxsin kimliyi haqqında isə hələ ki, məlumat verilmir.
Hadisə yerində polis əməkdaşları, yanğın söndürənlər və həkim briqadası çalışır.