Avtoreyd.az bildirir ki, yol-nəqliyyat hadisəsi Çinin Szyansi əyalətinin Nançan şəhərinin küçələrindən birində baş verib. Çen soyadı motosikletçi sürət həddini aşaraq, yük avtomobili ilə toqquşub. Bir neçə saniyə içində hər iki nəqliyyat vasitəsi alışıb. Baş verənlər müşahidə kameraları tərəfindən lentə alınıb.
Alovu söndürməyə çalışaraq asfalt üzərində diyirlənən motosikletçini, yoldan keçən iki nəfər kənara sürüyüb. Onun alovun pəncəsindən xilas edilməsində yanan avtomobilin sərnişin qapısından çölə atılan yük avtomobilinin sürücüsü də iştirak edib. Toqquşma nəticəsində yaranmış yanğını yalnız qırx dəqiqə sonra söndürmək mümkün olub.