Goranboyda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
APA-nın Qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Faxralı kəndində qeydə alınıb.
“VAZ2106” markalı avtomobilin idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində avtomobildə olan 3 sərnişin – 1962-ci il təvəllüdlü Afiq Alıyev, 1982-ci il təvəllüdlü Ruslan Əhmədov və 1963-cü il təvəllüdlü Mahir Musayev müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. A. Alıyev xəstəxananın reanimasiya şöbəsinə köçürülüb.
Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır