Bir necə gündür ki, bütün dünyada komüpterlərin bəlasına çevrilən yeni dəhşətli virus peyda olub. Bu virus artıq 99 ölkdə yayılıb və kompyuterlərin məhvinə səbəb olub. Bu virus hətta oğurlanan fayılların əvəzində istifadəçidən pul da tələb edir. Bununla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də xəbərdarlıq edib. Bəs bu virusdan necə qorunmaq olar?
Yeni qlobal virus peyda olub. Artıq bir müddətdir peyda olan virus 75 mindən çox kompüter sistemində yayılıb.
İlkin məlumatlara əsasən kompüter qurğularının və informasiya sistemlərinin fəaliyyətinə ciddi təsir edən virus dünyanın 99 ölkədə qeydə alınıb.
“VannaCry” adlandırılan bu virusun əsasən “Vindovs” əməliyyat sistemlərindəki şəbəkədə faylların paylanması protokolunda mövcud olan boşluqdan istifadə etməsi ilə yayıldığı aşkarlanıb.
Mütəxəsiislərin sözlərinə görə virusun təhlükəsi var və bundan qorunmaq üçün isə sadəcə bir necə nüansa fikir vermək laızmdır.
Kompüter sistemlərinin təhlükədən qorumağınız üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiylar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi yerli istifadəçilərə baş verilmiş yoluxmalar barədə və ya əməli yardıma ehtiyac olduqda Elektron Təhlükəsizlik Mərkəzinin “1654” nömrəli Qaynar xəttinə yaxud team@cert.az elektron ünvanına mürəaciət etməyinizi tövsiyyə edir.