Avtoreyd.az bildirir ki, hadisə Nyu-York aeroportunda baş verib. Burkey ailəsi iki uşağı ilə bərabər analarının ad gününü Los-Ancelesdə qeyd etməyə hazırlaşırmış. Aldıqları bayram tortunu təyyarənin üst rəfinə qoymaları stüardessanın xoşuna gəlməyib. O, bunu təhlükəsiz uçuş üçün təhdid hesab edib. Sərnişinlərin sözlərinə görə, onlar təyyarə bələdçisinin xahişini yerinə yetirərək, tortu oturacağın altında qoyublar. Amma münaqişə yenə də həllini tapmayıb.
Ad gününü qeyd etməyə hazırlaşan ananın sözlərinə görə, məsələyə ikinci bələdçi də qarışıb və sərnişinləri kobudluqda ittiham edib. Söz savaşı polisin çağırılması ilə nəticələnib. Polis əməkdaşları ailədən təyyarəni tərk etməyi xahiş ediblər.