Hindistanın Bihar ştatının Navada dairəsində avtobus aşıb.
AvtoReyd.Az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində ən azı 50 nəfər xəsarət alıb. Onlardan 12-nin vəziyyəti ağırdır.
Polisin məlumatına əsasən sürücünün idarəetməni itirməsi nəticəsində avtobus aşaraq su kanalına düşüb.
Hadisəyə ilkin səbəb kimi sürücünün sükan arxasında yatması göstərilir.