Avtoreyd.Az Hadisə Taksi sürücülərinə qənim kəsilən dostlar ifşa edildi – VİDEO

Taksi sürücülərinə qənim kəsilən dostlar ifşa edildi – VİDEO


Bakıda taksi sürücülərinə qarşı cinayət törədən dostlar tutulub.

Xezerxeber.az-ın məlumatına görə, Bakı şəhər sakini Rancit Hüseynov Xəzər Rayon Polis İdarəsinə bildirib ki, tanımadığı iki nəfər taksi fəaliyyəti ilə məşğul olduğu avtomobilə müştəri qismində əyləşərək onları Binə qəsəbəsinə aparmağı xahiş ediblər. Ünvana çatdıqda isə həmin şəxslər taksi sürücüsünü hədə-qorxu gələrək pul tələb ediblər.

Məlumat daxil olan kimi polis əməliyyat-axtarış tədbirləri nəticəsində Rancit Hüseynova qarşı quldurluq etməkdə şübhəli bilinən Culfa rayon sakini, əvvəllər məhkum olunmuş Elməddin Rəhimov və Şərur rayon sakini Hüseyn Səfərzadəni saxlayıb. Onların həmin gün Asim Məmmədov adlı başqa bir taksi sürücünə qarşı da soyğunçuluq etdikləri məlum olub.

Saxlanılan şəxslər taksi sürücülərinə qarşı həyata keçirdikləri cinayətləri etiraf ediblər. Məlum olub ki, hadisə zamanı sürücü Rancit Hüseynovu iplə boğmağa cəhd edən Elməddin Rəhimov olub.

Faktla bağlı Xəzər rayon polis idarəsində cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

AvtoReyd.Az

Related Post

Bakıda yüksək sürətlə hərəkət edən avtomobil qəza törədib, xəsarət alan var (Video+Foto)Bakıda yüksək sürətlə hərəkət edən avtomobil qəza törədib, xəsarət alan var (Video+Foto)

Bakıda avtomobil qəza törədib. AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. Ramana qəsəbəsi Şuşa şəhərciyində yüksək sürətlə hərəkətdə olan “Mercedes” markalı avtomobil yol kənarında hərəkətsiz dayanan “VAZ-21015”