“Toyota” avtomobil konserni 2019-cu ildə uçan avtomobil istehsal etmək fikrindədir.
AvtoReyd.Az lent.az-a istinadən xəbər verir ki, korporasiya layihə işinə 42 milyon ien (370 min dollar) ayıracaq. İşlər artıq başlayıb, lakin layihə müəllifləri indiyədək internet vasitəsilə maliyyə toplayırdı.
Uçan avtomobil 8 qanadla təchiz olunacaq. İlk uçuşun 2019-cu ilin yanvarında həyata keçirilməsi planlaşdırılır. Avtomobilin 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya Oyunlarının açılışında iştirakı da nəzərdə tutulur.
Qeyd edək ki, “Uber” şirkəti də uçan avtomobil layihəsi həyata keçirəcəyini açıqlayıb.