Avtoreyd.Az Gündəm Bakıda elektrik qatarları tamaşaçıları pulsuz daşıyacaq

Bakıda elektrik qatarları tamaşaçıları pulsuz daşıyacaq


IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi günü tamaşaçıların elektrik qatarları ilə ödənişsiz daşınması təmin ediləcək.
“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AvtoReyd.Az-a verilən məlumata görə, 22 may tarixində keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə gedən tamaşaçılar üçün,  Bakı sərnişin stansiyasından “Koroğlu” dayanacağına və əks istiqamətdə qatar xidməti göstəriləcək.
Belə ki, axşam saat 18:00-dan 20:00-a kimi Bakı sərnişin stansiyasından “Koroğlu” dayanacağına 30 dəqiqədən bir qatar işləyəcək.
Mərasim başa çatandan sonra – axşam saat 23:30-dan gecə saat 01:30-a kimi izləyicilərin “Koroğlu” dayanacağından Bakı sərnişin stansiyası, Biləcəri, Xırdalan və Sumqayıt istiqamətində “KİSS” markalı ikimərtəbəli elektrik qatarları ilə ödənişsiz daşınması təmin ediləcək.

Related Post

İşdən qovulan müstəntiq ifadə verdi – “Yol polisləri dedi ki, sürücü yoxdur”İşdən qovulan müstəntiq ifadə verdi – “Yol polisləri dedi ki, sürücü yoxdur”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində şəhid qızı Könül Əkbərovanı idarə etdiyi “Jeep” markalı maşınla vuraraq öldürməkdə təqsirləndirilən 17 yaşlı Rəhim Rəhimovun məhkəməsi keçirilib.  AvtoReyd.Az “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hakim

Badamdar sakinlərindən şikayət: “Hər gün saatlarla avtobus gözləyirik”Badamdar sakinlərindən şikayət: “Hər gün saatlarla avtobus gözləyirik”

Badamdar qəsəbəsində yaşayan sakinlər marşrut avtobuslarının xidmətindən narazıdır. Bu barədə sözügedən problemlə qarşılaşan vətəndaşlardan biri məlumat verib. Şikayətçi 20 Yanvar dairəsindən Badamdar istiqamətinə avtobusların qeyri-sabit qrafiklə çalışmasından narazı olduğunu bildirib: