Benzin və ona əlavə edilən qatqılar sürücülər üçün ən aktual mövzulardan biridir. Çünki mühərrikin tez sıradan çıxmasının əsas səbəblərindən biri də, keyfiyyətsiz yanacaqdır. Yanacağın (benzinin) keyfiyyəti dedikdə onun tərkibindəki zərərli elementlərin – kükürd, qurğuşun birləşmələri, aromatik karbohidrogenlər, qətran və s. miqdarı başa düşülür.
1. Əl altında heç bir vasitələri tələb etmyən ən sadə üsul.
Dəriyə bir az benzin damcıladaraq barmaqla ovmaq lazımdır. Əgər dərinin üzü qurudursa, deməli belə benzinə etibar etmək olar. Əgər dəridə yağ ləkəsi və ya iz qalırsa, şübhələnməyə əsas var.
2. Növbəti sınaq üçün təmiz kağız vərəqi lazım olacaq. Onun benzinlə azca isladacaqsınız. Vərəqin üzündən mayenin tam buxarlanmağını gözləyin. Əgər qarşınızda təmiz vərəqdirsə, belə yanacaqdan cəsarətlə istifadə edə bilərsiniz. Əgər kağız vərəqində piyli ləkələr qaldısa bu tərkibi heçdə qatqısız benzin deyil və onu almaqdan çəkinin.
3. İndi yanacağın tərkibində qətranın mövcudluğunu yoxlayacağıq. Bunun üçün şüşəyə benzini damcıladıqdan sonra damcını yandırmaq lazımdır. Şüşədə yaranmış ağ ləkə qətranın tamamilə olmadığından xəbər verir,əgər varsa da son dərəcə əhəmiyyətsiz miqdardadır. Sarı və ya qəhvəyi ləkələrin yaranması əmin ola bilərsiniz ki,qətranın miqdarın mümkün konsentrasiyanı ötməsindən xəbər verir. Bu üsulla diqər qatqıları da aşkar etmək olar. Məsələn, əgər şüşədə bir neçə damcı qalıbsa, bu yanacaqda dizel yağlarının olması haqqında deməyə əsas verir.
4.İyə həssas olan insanlar üçün qatqıların mövcudluğunu müəyyən etmək bir o gədərdə çətin deyil.Kükürdün qoxusunun mövcudluğu benzinində hidrogen sulfidin olmasını fərz etməyə imkan yaradır. Ola bilsin ki, orada naftalin var. Hər halda, zəhərli qatqıların orada dəqiq olması müəyəndir və belə benzini almaq tövsiyə olunmur.