Avtoreyd.Az Gündəm İstirahət gününün hava proqnozu açıqlanıb

İstirahət gününün hava proqnozu açıqlanıb


Mayın 21-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə yarımadanın bəzi yerlərində yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AvtoReyd.Az-ya verilən məlumata görə, havanın temperaturunun gecə 13-16° isti, gündüz 20-24° isti, Bakıda gecə  14-16° isti, gündüz  21-23° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  753 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət  gecə 75-85 %, gündüz 60-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 12-17° isti, gündüz  23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacağı gözlənilir.

 

Related Post

BNA-nın uşaqların təhlükəsiz hərəkəti üçün başladığı layihə yekunlaşıb (Foto)BNA-nın uşaqların təhlükəsiz hərəkəti üçün başladığı layihə yekunlaşıb (Foto)

Piyadaların, xüsusən də uşaqların və məktəblilərin təhlükəsiz, eləcə də rahat hərəkətinin təmin edilməsi, paytaxt yollarında bunun üçün əlverişli mühitin yaradılması Bakı Nəqliyyat Agentliyinin önəm verdiyi əsas məsələlərdəndir.   Agentlikdən AvtoReyd.Az-a