Avtoreyd.az bildirir ki, Ukraynanın Dnepr şəhərində 7 saylı marşrut taksisinin sürücüsü yaşlı təqaüdçü qadından gediş haqqını ödəməyi tələb edib. Rədd cavabı aldıqda isə, qadına əl qaldıraraq onu təhqir edib.
Qeyd edilir ki, sürücü eyni anda iki pensiyaçını həm kişini, həm də qadını ödənişsiz aparmaq istəməyib. Həmçinin həmin vaxt avtomobildə heç bir imtiyazçı olmayıb və salonda ödənişsiz gediş üçün iki güzəştli yer nəzərdə tutulub.
Lakin sərnişinlər maneəyə baxmayaraq ictimai nəqliyyata daxil ola biliblər, bundan sonra sürücü onlardan pul tələb edib.
Qadın lazımi dayanacağa çatdıqdan sonra avtomobildən çıxmağa çalışıb. Lakin bu zaman sürücü onu vurmağa başlayıb. Daha sonra isə təqaüdçünün çıxmasına əngəl yaradaraq, yaşlı qadına mane olub.
Sürücünün fikrincə, əgər imtiyazlı şəxslər ödəniş etmədən ictimai nəqliyyatdan istifadə edə bilirlərsə, onda son dayanacağa qədər getməyə məcburdular. Onun bu hərəkətinə görə pensiyaçılar münaqişənin şahidiylə birgə polis çağıraraq, sürücüdən şikayət ərizəsi yazıblar.
Qanun keşikçilərinin sözlərinə görə, sürücü cərimələnə və ya islahedici işlər cəlb oluna bilər.