Avtoreyd.Az Gündəm Binəqədi-Novxanı-Corat yolunun bir hissəsi yenidən qurularaq istifadəyə verildi – VİDEO / FOTO

Binəqədi-Novxanı-Corat yolunun bir hissəsi yenidən qurularaq istifadəyə verildi – VİDEO / FOTO


Azəravtoyol” ASC-dən AvtoReyd.Az-a verilən məlumata görə, 14 km uzunluğunda olan avtomobil yolunun 6.5 km-lik Binəqədi-Novxanı hissəsinin yenidən qurulması işləri artıq yekunlaşıb. Ümumilikdə yolun sözügedən hissəsinin 80 min m2 sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtük döşənəcək. 

Qeyd olunan ərazinin Binəqədi qəsəbəsindən keçən 1.2 km-lik hissəsində 1.5 metr enində yeni piyada səkiləri inşa edilib, yeni səki daşları düzülüb və işıq dirəkləri quraşdırılıb.

Binəqədi-Novxanı-Corat avtomobil yolunun qalan 8 km-lik hissəsində isə hazırda təmir-tikinti işləri. İşlər çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq ərazidən daşınır, zəruri olan yerlərədə yol yatağının bərkitmə işləri aparılır. Bundan öncə isə bu hissədə aidiyyəti qurum tərəfindən yeni su və kanalizasiya xətlərinin çəkilişi işləri aparılaraq yekunlaşdırılıb.

Avtomobil yolunun mövcud eni isə 7-9 metr arası dəyişirdi. Layihəyə uyğun olaraq yol 12 metrə qədər genişləndirilib. Yol 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarət olacaq.

Layihə çərçivəsində yolun 1.3-cü km-də, Binəqədi, Novxanı və Mehdiabad qəsəbələrinə gedən yolların kəsişməsində 12 metr diametrində yeni dairə inşa olunub. Bundan başqa Novxanı qəsəbəsində yerləşən dəmir yolu və su kanalı üzərində yerləşən mövcud körpülərin əsaslı şəkildə təmir edilərək 7 m-dən 12.5 m-ə qədər genişləndirilməsi və kommunikasiya xətlərinin yolun altından keçirilməsi üçün 5 yerdə xüsusi boruların quraşdırılması da nəzərdə tutulub.

Bütün işlər texnoloji ardıcıllığa riayət olunmaqla yüksək keyfiyyətlə aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

AvtoReyd.Az

http://www.youtube.com/watch?v=5wrllmm4ASA

 

Related Post