Avtoreyd.az bildirir ki, İsveçin Volvo Group avtokonserni Renova şirkəti ilə birgə pilotsuz zibildaşıyan avtomobili sınaqdan keçirməyə başlayıb.
Volvo Trucks qeyd edir ki, marşrut xətti üzrə müstəqil şəkildə hərəkət edən sürücüsüz maşın, parklanan avtomobillərdən yan keçməklə, hər bir konteynerin yanında dayanaraq zibil toplayacaq. Lakin zibil konteynerlərini əvvəlki kimi yenə də operator boşaldacaq, hansı ki, proses bitdikdən sonra sistemə yoluna davam etmək əmri verəcək.