Avtoreyd.az bildirir ki, yük maşınının sürücüsü işıqforda nəqliyyat vasitəsini dayandırmaq istərkən, avtomobilin əyləc sistemi çalışmayıb. Nəticədə, yük maşını 19 minik avtomobilini taran edib.
Qəzada əzilən avtomobillərdən birində, arxa oturacaqda əyləşən onyaşlı uşaq xəsarət alıb. Zərər çəkmiş vətəndaş təcili yardım məntəqəsinə aparılıb.
Yük maşınının sürücüsü isə sərxoş olub-olmaması ilə bağlı tibbi yoxlamaya göndərilib. Polislər tərəfindən sürücünün keçən il sürət həddini aşdığı üçün məsuliyyətə cəlb olunması faktı da müəyyən edilib. Qeyd edilir ki, həmin qayda pozuntusuna görə, təyin edilmiş cərimə hələ də ödənilməyib.