Avtoreyd.Az Maraqlı Zəif internet sağlamlığa ziyandır – ALİMLƏR

Zəif internet sağlamlığa ziyandır – ALİMLƏR


Danimarkalı alimlər qrupu müəyyən edib ki, ləng internet istifadəçilərin sağlamlığı üçün təhlükəli ola bilər.

lent.az-ın Rueconomics.ru saytına istinadən məlumatına görə, belə bir nəticəyə mütəxəssislər çoxsaylı təcrübələrin nəticələrinə əsaslanaraq gəliblər.

Araşdırmada müxtəlif yaşlı 200 nəfər insan iştirak edib. Könüllülərə bir müddət planşet, noutbuk və smartfonlarla internetdə işləmək təklif edilib. İşin gedişi zamanı mütəxəssislər hər bir iştirakçının sağlamlıq durumunu qeydə alıblar.

Təcrübə prosesi zamanı internetin sürəti tədricən azaldılıb. Belə ki, alimlər müəyyən ediblər ki, bu fakt ürək döyüntülərinə, qan təzyiqinin artmasına, hətta baş ağrısına təsir edib.

Beləliklə, alimlər belə nəticəyə gəliblər ki, ləng internet istifadəçilərin rifahına mənfi təsir göstərməyə qadirdir. Bununla belə, mütəxəssislərin sözlərinə görə, daimi narahatlıqlar çox pis nəticələrə gətirib çıxara bilər.

AvtoReyd.Az

Related Post

Xüsusi müştərilər üçün döyüşçülərin idarə etdiyi və cangüdənlərin qoruduğu taksi xidməti (Video)Xüsusi müştərilər üçün döyüşçülərin idarə etdiyi və cangüdənlərin qoruduğu taksi xidməti (Video)

Belə taksi sürücüləri kölgələrin mifik müharibəsini əks etdirən xüsusi geyim geyinirlər Yaponiyada qəribə taksi xidməti göstərilir. Belə ki, taksilər nindzalar və su tapançalı cangüdənlər tərəfindən idarə edilir. Sputnik Azərbaycan xarici