Avtoreyd.Az Maraqlı Zəif internet sağlamlığa ziyandır – ALİMLƏR

Zəif internet sağlamlığa ziyandır – ALİMLƏR


Danimarkalı alimlər qrupu müəyyən edib ki, ləng internet istifadəçilərin sağlamlığı üçün təhlükəli ola bilər.

lent.az-ın Rueconomics.ru saytına istinadən məlumatına görə, belə bir nəticəyə mütəxəssislər çoxsaylı təcrübələrin nəticələrinə əsaslanaraq gəliblər.

Araşdırmada müxtəlif yaşlı 200 nəfər insan iştirak edib. Könüllülərə bir müddət planşet, noutbuk və smartfonlarla internetdə işləmək təklif edilib. İşin gedişi zamanı mütəxəssislər hər bir iştirakçının sağlamlıq durumunu qeydə alıblar.

Təcrübə prosesi zamanı internetin sürəti tədricən azaldılıb. Belə ki, alimlər müəyyən ediblər ki, bu fakt ürək döyüntülərinə, qan təzyiqinin artmasına, hətta baş ağrısına təsir edib.

Beləliklə, alimlər belə nəticəyə gəliblər ki, ləng internet istifadəçilərin rifahına mənfi təsir göstərməyə qadirdir. Bununla belə, mütəxəssislərin sözlərinə görə, daimi narahatlıqlar çox pis nəticələrə gətirib çıxara bilər.

AvtoReyd.Az

Related Post

Həbsxana deyil, əsl kurortdur. Dəbdəbəli idman zalları, xüsusi dizaynlı kameralar və daha nələr (Video+Foto)Həbsxana deyil, əsl kurortdur. Dəbdəbəli idman zalları, xüsusi dizaynlı kameralar və daha nələr (Video+Foto)

Avtoreyd.az bildirir ki,Danimarkada, Falster adasında 160 milyon dollara xüsusi dizaynlı kameraları, mağazaları, idman zalları və ziyarətçilər üçün mənzilləri olan yeni həbsxana tikilib. Altı metrlik hasarla əhatə olunan həbsxana 13 hektarlıq sahədə