Avtoreyd.az bildirir ki, rusiyalı model və stilist xanım yolların pis vəziyyətdə olmasından təngə gələrək, öz vətəndaş mövqeyini nümayiş edib. O, çimərlik geyimində hava ilə doldurulan çəhrayı flaminqonun üstündə əyləşərək, gölməçədə fotosessiya təşkil edib.
Qeyd edək ki, Saratov şəhərində bir neçə gün yağan aramsız leysan yağışları səbəbindən, kommunal xidmətlərin su axınının öhdəsindən gələ bilməməsi və yolların bərbad halda olması xanımı bu addımı atmağa vadar edib.