Avtoreyd.Az Gündəm Qeyri-sabit hava davam edəcək, intensiv yağış, dolu gözlənilir

Qeyri-sabit hava davam edəcək, intensiv yağış, dolu gözlənilir


 

Mayın 24-də Bakı və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən  verilən məlumata görə, havanın temperaturunun gecə 15-17 dərəcə isti, gündüz 21-26 dərəcə isti, Bakıda gecə  15-17 isti, gündüz  23-25 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza əsasən, mayın 24-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü və iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, 25-də arabir güclənən küləkli hava şəraiti bəzi insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 12-17 dərəcə isti, gündüz  23-28 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə isti, gündüz 13-17 dərəcə isti olacağı gözlənilir.

AvtoReyd.Az

 

Related Post