Avtoreyd.az bildirir ki, Manhettendə 8-ci küçədə qeyri-adi yol-nəqliyyat hadisəsi baş verib. Turistləri gəzdirmək üçün nəzərdə tutulan iki at Mərkəzi parka doğru hərəkət edərkən, işıqforda dayandıqları zaman, yaxınlıqdakı traktorun mühərriki bərkdən səs salmağa başlayıb. Nəticədə, Billi adlı kəhər at, hürkərək nəzarət altından çıxıb.
Şahidlərin sözlərinə görə, at bir anın içində ağlını itirərək, geriyə doğru hərəkət etməklə taksiyə çırpılıb.
Xoşbəxtlikdən,Billi sağ qalıb, lakin ayağından kiçik travma alıb.Qeyd edilir ki, adətən belə təhlükəli çırpılmalardan sonra heyvan ciddi travma alır və ya məhv olur.