Avtoreyd.az bildirir ki, Surqut şəhərində bir neçə inək böyük ticarət mərkəzlərindən birinə daxil olub.
Avtodayanacaqdan keçərək şüşə qapılardan dükana daxil olan inəklərlə yerli sakinlər əvvəllər də qarşılaşıblar, amma şəhərdə. Lakin Surqut şəhər camaatı, hələ indiyə kimi ticarət mərkəzində iri buynuzlu mal-qara görmədiklərini etiraf edib.
Qeyri-adi alış-veriş həvəskarlarını ticarət mərkəzindən qovmaq isə təhlükəsizlik xidmətinin əməkdaşlarının öhdəsinə düşüb.