Yasamal rayon Polis İdarəsində aparılan yoxlamanın yekunu olaraq istintaq şəbəsinin rəisi Zaur Şirinov və şöbənin müstəntiqləri Seymur Hidayətzadə, Elnur Abdullayev, Cavid Məmmədov işdən azad olunaraq sərəncama göndərilib.
AvtoReyd.Az istiqlal.az-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri Ramil Usubov əmr imzalayıb.
Məlumata görə, S.Hidayətzadə deputat Elmira Axunovanın oğlunun adı keçən dələduzluq işini aparan müstəntiq olub.
Bir müddət əvvəl “youtube” portalında Seymur Hidayətzadənin qalmaqallı audio yazısı yayılmışdı. Məhz bu səs yazısından sonra DİN-də daxili yoxlama aparılmış və Seymur Hidayetzadeye xidməti uyqunsuzluq barədə cəza verilmiş və barəsində Yasamal rayon Prokurorluqunda araşdırılma başlamışdı.
Sayt iddia edir ki, 2013-cü ilin iyul ayında  onlarla şəxsə qarşı külli miqdarda dələduzluqda təqsirləndirilən Elnur İbrahimovu Seymur Hidayətzadə polis idarəsindən buraxaraq ölkədən qaçmasına əlverişli şərait yaradıb.

Related Post

Sərhəd məntəqəsində avtomobilə baxış zamanı – görün, yük yerindən nə çıxdı – VİDEOSərhəd məntəqəsində avtomobilə baxış zamanı – görün, yük yerindən nə çıxdı – VİDEO

Belarus-Ukrayna sərhəd-keçid məntəqəsində maraqlı qaçaqmalçılıq cəhdinin qarşısı alınıb. İki Rusiya vətəndaşı (kişi və qadın) avtomobilin yük yerində 60 yaşlı ukraynalı qadını sərhəddən keçirmək istəyərkən yaxalanıblar. Hadisə noyabrın 9-da Belarusun “Vesyolovka”