Bakıda səfirlik maşını qəzaya düşüb.
APA-nın məlumatına görə, Nəsimi rayonunun Yusifbəyli küçəsində Gürcüstanın Azərbaycandakı səfirliyinə məxsus “Nissan” markalı avtomobil “Iveco” markalı, 90 JR 244 dövlət nömrə nişanlı yük maşını ilə toqquşub.
Qəza nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.