Avtoreyd.Az Hadisə Honkonq polisi bir gün ərzində Uber-in 21 sürücüsünü həbs etdi.

Honkonq polisi bir gün ərzində Uber-in 21 sürücüsünü həbs etdi.


Axtarış, çağırış və karşerinq proqramının  artması hüquqi toqquşmalara gətirib çıxardı,bu kimi məsələlr hələ çox ölkələrin qanunverici orqanları tərəfindən nizama salınmayıb. Bununla əlaqədar olaraq bəzi dövlətlərdə Uber istifadəçiləri artıq barmaqlıq arxasında öz vaxtını keçirməyə məcbur edilmişdir.

Uber-in dəbli əlavəsi sayəsində Honkonq şəhərinin böyük miqdarda sakininin nə dinclik  nə də qazanc imkanı var. AvtoReyd.Az  Reuters-ə istinadən məlumat verir ki,onlarda öyrənmək  və köhnəlmiş yerli qanunvericiliyə tabe olmaq arzusu yoxdur.Agentliyin məlumatına görə, yerli polis dünən qanunsuz xidmət göstərməsində ittiham olunan  20 kişi və bir qadını həbs edib.Qərb Koulun rayonunun polis başçısı Tat-faylar bildirib ki, o Uber sürücü-istifadəçilərinin növbəti həbslərini istisna etmir və onları xəbərdarlıq edərək taksi lisenziyasını almağa çağırış edib.Sürücülərdən başqa polis həmçinin Uber sərnişin-istifadəçilərinə müraciət edərək xəbərdarlıq edib ki, onları qanunvericiliyin pozulmasında köməkdən imtinada ittiham edə bilərlər.Bu vəziyyətlə tanış olan Uber nümayəndəsi öz narahatçılığını bildirib. Həmçinin  şirkət bütün həbs edilmiş sürücülərə kömək edəcək. Uber mətbuat xidmətindən bildirilib ki, Honkonq kimi meqapolisdə müasir nəqliyyat xidmətlərinə ehtiyac duyulur, amma cari qanunvericilik innovasiyalara ,bu sferanı inkişaf etdirməyə mane olur. Uber həmçinin söz verib ki, vəziyyəti düzəltmək üçün yerli hakimiyyətlə əməkdaşlıq edəcək.

AvtoReyd.Az 

 

 

Related Post