Məlum olduğu kimi, çox hollivud döyüş filmlərində tipik səhnə var: avtomobil şəhərdə yüksək sürətlə hərəkət edərək bağlanmış və ya tikilən yola dönür, tamamlanmayan körpülər və ya qazılmış xəndəklərin üzərindən tullanır. Amma Qazaxıstan sakini belə fəndi təkrarlamağı bacarmayıb.AvtoReyd.Az bildirir ki,yol-nəqliyyat hadisəsi Beyneu-Say-Otes yolunun 405-ci kilometriyində qeydə alınıb.Yol tikinti işçilərinin sözlərinə görə, bu sahə təmirə bağlanıbmış, uyğun olan nişanlar və süni hasar buna sübütdur. Bütün nəqliyyat bu ərazini yandan keçərək diqər yola yönəlir.
Məlumdur ki, qəza vaxtı avtomobildə iki nəfər olub. Nə sürücü, nə avtomobildəki sərnişin təhlükəsizlik kəmərini bağlamayıblar.Xəsarət alanlardan biri xəstəxanaya yerləşdirmədən imtina etsədə,həkimlərin sözlərinə görə diqəri reanimasiya şöbəsində ağır vəziyyətdədir.
AvtoReyd.Az baş vermiş bu hadisənin görüntülərini təqdim edir: