Avtoreyd.Az Gündəm Füzuli küçəsində hərəkət məhdudlaşdırıldı

Füzuli küçəsində hərəkət məhdudlaşdırıldı


Bakı şəhəri Yasamal rayonunun Füzuli meydanı ətrafında yol infrastrukturunun yenidən qurulması istiqamətində aparılan işlər çərçivəsində mövcud dairənin ləğv edilməsi işlərinə başlanılıb.
 
“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən AvtoReyd.Az-a verilən məlumata görə, bu səbəbdən Füzuli küçəsindən dairəyə doğru çıxış hissə müvəqqəti olaraq bağlanıb. Həmin istiqamətdən gələn avtonəqliyyat vasitələri alternativ olaraq İslam Səfərli küçəsinə yönəldilib. Sürücülər həmin yoldan istifadə edərək yenidən Şıxəli Qurbanov küçəsinə çıxa bilərlər.
Dairənin ləğv edilməsi istiqamətində aparılan işlər bir-neçə gün ərzində davam etdiriləcək. Bu müddət ərzində sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkətində qismən məhdudlaşdırmalar tətbiq ediləcək. İşlər tam yekunlaşdıqda isə avtonəqliyyat vasitələrinin hərəkəti dairədən sağa, Füzuli küçəsinin davamı olaraq yeni salınmış yola, ordan da yeni yaradılmış geri dönmə hissə ilə Mirzəağa Əliyev küçəsinə yönəldiləcək.

Related Post

DİN işçi axtarırDİN işçi axtarır

Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsi vakant mülki işçi vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir. Daxili İşlər Nazirliyin yaydığı məlumata

Sabah hava dəyişəcəkSabah hava dəyişəcək

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, noyabrın 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir