Avtoreyd.Az Avtoxəbər BMW 650i-in top modeli əsasında yaradılmış Kabriolet(Foto)

BMW 650i-in top modeli əsasında yaradılmış Kabriolet(Foto)


Və yenidən biz sizə QAZ-21 “Volqa” stilində yığılmış maraqlı bir avtomobil təqdim etmək istəyirik.İnanılmaz iş həcminə baxmayaraq adətən belə avtomobillərin resepti kifayət qədər sadədir.Adətən köhnə “Volqanın” kuzovunu dəyişərək yeni BMW-dan və ya Mercedes-Benz-dən mühərrik yerləşdirilər,qalır ötürmə qutusu, asmalar və interyerin hissəsi.
Amma bəziləri tamamilə başqa yolla gedirlər: onlar köhnə avtomobili yeni aqreqatlarla uyğunlaşdırmağa çalışmırlar,yenilik gətirənlər köhnənin stilində müasir avtomobili stilləşdirirlər.Belə stilləşdirmə nadir hallarda uğurlu alınır,amma bu dəfəki deyəsən istisnadır.

BMW 650i-in (e63) top modeli əsasında yaradılmış bu Kabrioletin şəkillərinə diqqətlə baxın. Yaradanlar onu klassikanın altında o qədər harmonik stilləşdirməyi bacarıblar ki,adamda elə təsurat yaranir ki,zavod istehsalıdır.
Çox təcüblüdür ki,bütün detallar metalldandır, dam və ümumiyyətlə bütün texnika işləyir.

Yeri gəlmişkən, salon xarici görünüşdən fərqli olaraq,demək olar ki,dəyişilməyib.  Bu halda, “QAZ” loqotipi BMW-ın sükanında məzəli görünür.

AvtoReyd.Az

Related Post