ABŞ prezidenti Donald Trampın xidməti avtomobilinin Brüsseldə Kral sarayının darvazasından keçə bilməyib.
Missiya.Az xarici mətbuata istinadən xəbər verir ki, avtomobilin qapıdan keçməməsinə səbəb onun qalın qapılara və korpusa malik olmasıdır.
Avtomobili qapıya ilişdiyi üçün Tramp sarayın həyəti ilə piyada hərəkət edib.
Qeyd edək ki, qalın qapılara və xüsusi korpusa malik olan “Vəhşi” (The Beast) ləqəbli nəqliyyat vasitəsinin qiyməti 1,2 milyon dollardır.
Xatırladaq ki, ABŞ-ın sabiq prezidenti Barak Obamanın da avtomobili 2013-cü ildə bu vəziyyətə düşüb.