Avtoreyd.az bildirir ki, hadisə Şimali Karolina ştatının Şarlotta-Duqlas beynəlxalq aeroportunda American Airlines aviaşirkətinin 5242 reysi üzrə Yeni-Bernə uçuş zamanı baş verib.
Təyyarə hələ yerdə hərəkət etməyə başlarkən 22 yaşlı Tu Lon Seyn adlı şəxs öz yerindən qalxaraq, əsas qapını açmağa cəhd edib. Bort baxıcısı və iki nəfər sərnişin gəncə mane olmağa çalışan zaman, Tu Lon Seyn aviaşirkətin əməkdaşını dişləməyə çalışıb.
Bundan sonra 22 yaşlı sərnişin qapını açaraq təyyarədən yerə tullanıb. Məhkəmə qarşısına çıxarılan gənc, ekipaj üzvünə hücum etməkdə ittiham olunur.