Avtoreyd.Az Avtoxəbər Fiat Chrysler şirkəti böyük qalmaqalın mərkəzində

Fiat Chrysler şirkəti böyük qalmaqalın mərkəzində


ABŞ höküməti Fiat Chrysler şirkətinə qarşı məhkəmə işi açıb. Şirkət dizel avtomobillərində emissiya nəticələrini saxtalaşdıran qeyri-qanuni kompüter proqramdan istifadə etməkdə ittiham olunur.

Bu ittihamları ilk dəfə yanvar yaında Ətraf Mühitin Mühafizəsi İdarəsi irəli sürmuşdü.

Bu kompüter proqramı avtomobillərin emissiyasında zərəli maddələrin gizlədərək, avtomobillərin qəbul olunmuş stardartlara uyğun gəldiyini göstərməyə imkan verir.

Diqqətdə olan avtomobil modelləri 2014-2016-cı illərdə istehsal olunan Grand Cherokee və Dodge Ram 1500 pikaplarıdır.

Fiat Chrysler şirkəti səhmlərinin 2.9 faiz aşağı düşməsinə səbəb olan bu xəbərə bir şərh verməyib.

2015-ci ildə Volkswagen şirkəti buna bənzər kompüter proqramından istifadə edilməkdə ittihamlardan sonra bu halın baş tutduğunu etiraf etmişdi. Nəticədə məhkəmə Volkswagen şirkətinin 7 yüksək vəzifəli əməkdaşının təqsirli olduğunu müəyyən etmiş və şirkəti 20 milyard dollar məbləğində cərimə etmişdi (“Amerikanın səsi”).

Related Post

Bakıda yeni yol istifadəyə verildi – Yoldan düzgün istifadə etməyən sürücüləri cərimə gözləyir – VİDEOBakıda yeni yol istifadəyə verildi – Yoldan düzgün istifadə etməyən sürücüləri cərimə gözləyir – VİDEO

Bu gün isitfadəyə verilən paytaxtın Yusif Səfərov küçəsində avtobus zolağı salınıb. Xezerxeber.az-ın məlumatına görə, bu zolaqda hərkət edən digər sürücüləri cərimə gözləyir. Eyni zamanda təmir işləri aparılan yolda hərkət istiqamətləri