Avtoreyd.Az Dörd çarx Sərnişinlər üçün bir neçə qayda

Sərnişinlər üçün bir neçə qayda


1.Minmə – düşürmə vaxtı avtomobilin kəndarına ayaqla basmamaq.

Axı onu addımlamağdan asan və sadə yol yoxdur.Düzdür,onu basacaq kəslər mütlək tapılacaq .

2.Avtomobili düzgün idarəetməyi mənə öyrətmək lazım deyil. Bunu adətən avtomobili ya idarəetməyi bilməyənlər,yada sürücülük hüququ olmayanlar deyirlər.

3.“Didjey” rolunu oynamağa ehtiyac yoxdur, musiqi xoşuna gəlmir,avtobusa min. Orada  sevimli mahnılarınıza qulaq asacaqsınız.

4.Salonda düymələrlə oynamaq olmaz.Axı onlardan biri sizin barmaqlarınızla garşılaşacaq montirovkaya çevrilə bilər.

5.Salonda siqaret çəkməyə dəyməz.

6.Salonda tumların, çipslərin və suxarıların istifadəsi məsləhət deyil.

7.Demək lazım deyildir ki, dostum, rəfiqəm, ərim, arvadım və ya diqər  iki meymunlar məndən daha yaxşı idarə edirlər. Onlar daha yaxşıdırlar? Onda sən  mənim avtomobilimdə nə edirsən? Sualı ortaya çıxır…

 

Related Post