Hadisə

Bakıda şərnişin avtobusun açıq qapısından yıxılaraq ölüb

Bakıda sərnişin avtobusdan yıxılaraq ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, mayın 26-da paytaxtın Nizami rayonu R.Rüstəmov küçəsində Bakı şəhər sakini Cavanşir Məmmədovun idarə etdiyi “Daevoo” markalı 81 saylı xətt avtobusunun sərnişini, paytaxt sakini Cümşüd Haqverdiyev hərəkətdə olan avtobusun açıq qapısından yıxılıb.

Xəstəxanaya yerləşdirilən C.Haqverdiyev mayın 28-də orada ölüb. Apa/

 

 

Müəllif haqqında

www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.