Avtoreyd.az bildirir ki, Moskva və Rusiya paytaxtı ətrafında baş verən qasırğa nəticəsində ən azı 11 nəfər həlak olub, 70-dən çox insan isə zərər çəkib. Faciə ilə bitən hadisələrin əksəriyyəti ağacların yıxılması ilə bağlıdır. Həmçinin təbii fəlakət infrastruktur obyektlərinin dağılması ilə müşahidə olunub.
Həlak olan 11 nəfərdən üçünün şəxsiyyəti hələ ki, müəyyən olunmayıb.
Qeyd edək ki, bu gün Moskvada baş verən qasırğa 100 il ərzində müşahidə edilən ən məhvedicisi olub. Tüğyan etdiyi bir saat ərzində təxminən 1000 ağacı kökündən qoparıb.