Xəbər verdiyimiz kimi, xalq artisti Aygün Kazımova “28 May – Respublika günü”nə həsr olunmuş yürüşdə iştirak edib.
AvtoReyd.Az bildirir ki, müğənni yürüşdən sonra axşam.az-ın fotoqrafı Ramin Aslanovun obyektivi qarşısına keçib. O, sarı rəngli “Chevrolet Camaro Cabriolet” markalı avtomobili ilə müxtəlif pozlar verib.
Qeyd edək ki, A.Kazımova maşınını 99-DT-999 seriya nömrəsi ilə idarə edir. Bu cür eyni rəqəmli seriya nömrələr öz qiyməti ilə fərqlənir.