Avtoreyd.Az Maraqlı 9 min avro səpələndi, polis yolu bağladı-Video

9 min avro səpələndi, polis yolu bağladı-Video

| | 0 Comments | 09:44

Avtoreyd.az bildirir ki, Almaniyada iş adamı 9 min avro məbləğində maaşını özüylə motosikldə A9 yolunda apararkən, İnqolştadtın yaxınlığındakı döngələrdən birində çanta birdən yerə düşüb və pul yol boyu səpələnib. Şübhəli şəxs vətəndaşların diqqətini cəlb edib və onlar hadisə yerinə  polis  çağırıblar.

Motosikletçi qanun keşikçilərini inandıra bilib ki, bu həqiqətən də onun maaşıdır. Polis pulu dağılmış iş adamına görə 45 dəqiqə ərzində yolu bağlayaraq, məbləği yerdən toplamağa yardım edib.

Alman KİV-nin verdiyi məlumata görə, adı çəkilməyən iş adamı yola səpələnən pulları yığdıqdan sonra təxminən 1,5 min avronun çatışmadığını aşkarlayıb.

Təəssüf ki, həmin hadisəni əks edən görüntü olmadığı üçün oxşar vəziyyətlə bağlı çəkilən digər videonu təqdim edirik.

Related Post