Avtoreyd.az bildirir ki, Ulyanovsk sakinlərindən birinin çəkdiyi videoda Rusiyanın poçt əməkdaşının furqonu necə boşaltması əks olnub.
Qeyd etmək lazımdır ki, o, öz işini kifayət qədər operativ görür, amma keyfiyyət elə də ürəkaçan deyil. Əmanətləri zədələməkdən qorxmadan, poçt əməkdaşı bağlamaları bir birinin ardınca asfalta tullayır.
Poçt əməkdaşını, yoldan keçən şəxslərin, onu bu hərəkətinə görə qınamaları belə çəkindirmir.