Batmış avtomobilin daxilində olmaq trillerdən səhnə kimidir.Belə hisləri heç düşmənədə arzulamarsan,amma hər halda bu kimi hadisələrə hazır olmağımız vacibdir.
Belə yol-nəqliyyat hadisəsi vaxtı nə etmək lazımdır.
1.Avtomobilin suya düşməsini dərk edən kimi təhlükəsizlik kəmərini açın! Bu fənd qiymətli saniyələri qənaət etməyə imkan verəcək.
2. Hələ ki,su oturacağın səviyyəsinə çatmayıbsa qapıdan çıxmaq mümkündür. Əgər bu artıq baş verdisə, ehtimal ki,avtomobilin bütün qapıları kilidlənəcək.
3. Əgər qapı kilidləndisə, pəncərə vasitəsilə çıxmaq lazım olacaq. Heç bir halda ön şüşəni sındırmağa çalışmayın,bu sadəcə vaxt itkisidir! Yan bölmələri sındırmağ mümkündür, amma bunu yumruq və ya ayaqla etməyə ehtiyac yoxdur. Kəskin alətlərdən istifadə edin, məsələn, çıxarılan başaltının mili sizin işinizə yarıya bilər. Zərbəni avtomobil pəncərəsinin mərkəzinə endirin.Su axını salona daxil olan kimi, nəfəsi dərindən alaraq avtomobildən çıxın.
4. Əgər pəncərəni sındırmaq alınmadısa , ümidini itirmək lazım deyil.Xilas olmaq üçün hələ şans var.Suyun salona daxil olmasını gözlədikdən sonra qapını açmaq mümkün olacaq. Mütəxəssislər deyirlər ki, bayırda və içəridən təzyiq eyni olduğundan qapı açmaq daha asandır.
5. Avtomobildən çıxdıqdan sonra qovuqcuqların ardınca hərəkət edin.Xatırlayaq ki, yalnız səbir və hərəkətlərin aydınlığı təhlükəli dəyişiklikdən çıxmağa kömək edəcək.
6. Bir nə qədər panikaya düşsəniz,bir o qədərdə sağ qalmaq ehtimalı azalır.