Avtoreyd.Az Hadisə Nepalda hərbi təyyarə qəza enişi edib: ölən və yaralananlar var

Nepalda hərbi təyyarə qəza enişi edib: ölən və yaralananlar var


Nepalın qərbində hərbi təyyarə qəza enişi edib.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə “Kathmandu Post” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, qəza paytaxtdan 700 kilometr məsafədə yerləşən Bacur dairəsinin Kolti hava limanında baş verib. Belə ki, Polşanın “PZL” firmasının istehsalı olan “M28 Skytruck” hərbi təyyarəsi Humla dağ rayonuna ərzaq məhsulları daşıyarkən qəzaya uğrayıb. Simikota aeroportuna enməli olan təyyarə əlverişsiz hava şəraiti səbəbindən Bacura uçub.

Təyyarə Kolti hava limanında sərt eniş etməsi səbəbindən uçuş-enmə zolağından 50 metr kənara çıxaraq aşıb. Nəticədə pilot yerindəcə ölüb, daha iki hərbçi isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, bu, son 3 gündə Nepalda baş vermiş ikinci təyyarə qəzasıdır. Mayın 27-də Çexiya istehsalı olan “LET-410” təyyarəsi Lukldakı aeroportda qəzaya uğrayıb.

AvtoReyd.Az

Related Post

Maşının motorundan 7 kiloqram qızıl külçə çıxdı — Əməliyyat – VİDEOMaşının motorundan 7 kiloqram qızıl külçə çıxdı — Əməliyyat – VİDEO

Biləsuvar Gömrük İdarəsinin əməkdaşları külli miqdarda qızıl külçənin ölkə ərazisindən çıxarılmasının qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən XəzərXəbər-ə verilən məlumata görə, idarənin “Qoşa Təpə” gömrük postunda Azərbaycandan İrana gedən Azərbaycan vətəndaşı