Avtoreyd.Az Gündəm Yol polisi əməkdaşı uşağın həyatını belə xilas etdi – MÜKAFATLANDIRILACAQ – VİDEO

Yol polisi əməkdaşı uşağın həyatını belə xilas etdi – MÜKAFATLANDIRILACAQ – VİDEO


Azərbaycanda yol polisi əməkdaşı avtomobildə ağır vəziyyətdə olan uşağın həyatını xilas edib.

Avtoreyd.az Xəzərxəbərə istinadən məlumat verir ki, Lənkəran ərazisində yol hərəkəti qaydasını pozan Fikrət Tağıyev, yol polisi, baş serjant Hüseynov Mahiyəddin Mürsəl oğlu tərəfindən saxlanılıb. Sürücü, fiziki qüsurlu olan nəvəsinin sudurğa keçirdiyini bildirib. Uşağın həyatını xilas etmək üçün cərimə yazmayan polis onlara yardım əlini uzadıb. DYP əməkdaşı patrul maşını ilə həmin avtomobilin qarşısına keçərək onu müşayiət edib və tez bir zamanda xəstəxanaya çatdırılmasına çalışıb.

Xeyirxah yol polisi Hüseynov Mahiyəddin, tibbi yardım göstərilən uşaq özünə gələnə qədər xəstəxananı tərk etməyib.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev, artıq məsələnin tam araşdırıldığını bildirib. Xeyirxah inspektor DYP rəhbərliyi tərəfindən mükafatlandıracaq.

Related Post

Bakıda dayanma-durma qaydalarını pozanlar xüsusi texniki vasitələrlə qeydə alınacaq (Video+Foto)Bakıda dayanma-durma qaydalarını pozanlar xüsusi texniki vasitələrlə qeydə alınacaq (Video+Foto)

Paytaxt yollarında dayanma-durma qaydalarını pozan avtonəqliyyat vasitələri müəyyən edilərək qeydə alınır. Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayevin AvtoReyd.Az-a verdiyi məlumata görə, Bakı şəhərində parklanma siyasətinə yenidən baxılır və məqsəd dayanaqlı