Avtoreyd.Az Gündəm Yollardakı sarı zolaqlar nə zaman silinəcək? – Yol Polisindən AÇIQLAMA

Yollardakı sarı zolaqlar nə zaman silinəcək? – Yol Polisindən AÇIQLAMA


İslam Oyunlarında hərəkətin təhlükəsizliyini təmin etmək üçün Bakıda yollara çəkilən xüsusi sarı zolaqlara daxil olanlara qadağa 23 mayda aradan qalxdı. Amma sarı zolaqların yollarda qalması bəzi sürücülərə çaşqınlıq yaradır. Bəs görəsən yollardakı sarı zolaqlar silinəcəkmi?

AvtoReyd.Az-ın verdiyi məlumata görə, məsələ ilə bağlı Modern.az-a danışan Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib ki, sarı zolaqların silinməsi ilə bağlı məsələ gündəmdə deyil.

“Yollara çəkilən sarı xəttin bütövlükdə silinməsi üçün asfalt qaşınmalıdır. Asfaltın qaşınıb yerinə yeni asfaltın çəkilməsi yolların bağlanmasına və əlavə vəsaitin cəlb olunmasına səbəb olacaq. Tədbir başlamadan əvvəl bildirdik ki, yollara çəkilən sarı xətlər sürücüləri çaşdırmamalıdır, həmin sarı xətlər hərəkət istiqamətindəki yol zolaqlarından biridir. Bakıda keçiriləcək Formula 1 Qran Prisindən sonra bəzi ərazilərdəki sarı zolaqların üzərinə ağ qırıq-qırıq xətt çəkiləcək.  Sarı zolaqların yollardan tam silinməsi üçün asfalt örtüyünün yenidən çəkilməsi lazımdı”.

AvtoReyd.Az

Related Post

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Bakıda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıbDaxili İşlər Nazirliyi və Baş Prokurorluq Bakıda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Bakıda baş vermiş qəza barədə məlumat yayıb. AvtoReyd.Az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, 19 iyul 2017-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu ərazisində 1 nəfər