Avtoreyd.Az Gündəm Şimşək çaxacaq, yağış yağacaq

Şimşək çaxacaq, yağış yağacaq


İyunun 3-də Bakı və Abşeron yarımadasında Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var.

Günün ikinci yarısında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Cənub-şərq küləyi əsəcək.

ETSN-dən AvtoReyd.Az-a verilən məlumata görə, havanın temperaturunun gecə 15-18° isti, gündüz  22-27° isti, Bakıda gecə  16-18° isti, gündüz  24-26° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  norma daxilində 760 mm civə sütunu, nisbi rütubət  60-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz keçəcək.

Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 15-20° isti, gündüz  27-32° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacağı gözlənilir.

AvtoReyd.Az

Related Post