Əcnəbi-sürücülər üçün qara günlər başladı.AvtoReyd.Az Rusiya KİV-nə istinadən məlumat verir ki,Rusiya sürücülük vəsiqəsi olmadan bu ölkənin ərazisində sürücü kimi çalışa bilməyəcəklər.Bu məsələyə 2014-cü ildə son qoymağa planlaşdırılsada yalnız bu gün yekunlaşıb. Çoxları Rusiya sürücülük vəsiqəsi almağa vaxt tapıblar.Yoxlamalardan ehtiyat edərəkr səndləri qaydaya salınmayan sürücülər işə buraxılmır.Böyük şəhərlərdə əcnəbilər ümumi sürücülərin 40%-nı təşkil edir.Cərimə dayanacaqları artıq öz milli sürücülük vəsiqələri ilə idarə edən əcnəbi-sürücülərin taksi avtomobilləriylə dolur. Cərimə sanksiyaları belədir: sürücüyə cərimə 50 min rubla qədər və nəqliyyat vasitəsi cərimə meydançasına yerləşdirilir. Bununla əlaqədar olaraq taksi fəaliyyətində intervallarda və hətda qiymətlərdə artım müşahidə olunur. Rusiya sürücülük vəsiqəsini almaq elə də çətin deyil. Milli sürücülük vəsiqəsi olduğu halda o dərhal DYP-a gəlir və üç imtahan verir.İmtahan qaydası belədir: nəzəri və praktiki olaraq ikisi nazərdə tutulub.Praktiki imtahan şəhər daxili və şəhərdən kənarda idarə etməni müəyyən etmək üçün tədbiq olunur.
Əcnəbilərə təlim keçmək lazım deyil.Yeni qanun yalnız Rusiyada işləməyə hazırlaşırlara aiddir.Diqər hallarda isə hər bir əcnəbi vətəndaş öz milli sürücülük vəsiqəsi ilə Rusiya yollarında sərbəst öz avtomobilini idarə edə bilər.
Yollarda yoxlamalar olacaqmı?Dövlət Avtomobil Müfəttişliyində qeyd etiblər ki, qanunun qüvvəyə minməsiylə əlaqədar xüsüsi reydlər keçirməyi planlaşdırmırlar.