Avtoreyd.Az Dörd çarx Avtomobil ustalarının nəzərinə! – HƏBS OLUNA BİLƏRSİNİZ…

Avtomobil ustalarının nəzərinə! – HƏBS OLUNA BİLƏRSİNİZ…


“Avtomobili keyfiyyətsiz təmir edən usta cinayət məsuliyyətinə cəlb edilə bilər”.

AvtoReyd.Az xəbər verir ki,bu sözləri Metbuat.az-a açıqlaması zamanı vəkil Asif Abdullayev deyib.

Bildirib ki, qanunvericiliyə əsasən, avtomobilin keyfiyyətsiz təmiri gələcəkdə xəsarət və ya ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinə səbəb ola bilər:

“Keyfiyyətsiz təmir nəticəsində avtomobil qəza törədərsə, onu təmir etmiş usta cinayət məsuliyyətinə cəlb edilir. Cəzanın ağırlığı, hadisə nəticəsində vurulmuş xəsarətin dərəcəsindən və ya ölümdən asılıdır.

Cinayət məcəlləsinin 265-ci maddəsinə əsasən, nəqliyyat vasitələrinin keyfiyyətsiz təmiri hansısa şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olarsa, həmin usta 500 manatdan 1000 manatadək cərimə, yaxud iki il müddətinə islah işləri, yaxu da bir ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni hərəkətlər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda 5 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu əməllər ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda isə 3 ildən 8 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

AvtoReyd.Az

Related Post

Neapol və Səməd bəy Mehmandarov küçələrində də yenidənqurma işlərinə start verilib (Video+Foto)Neapol və Səməd bəy Mehmandarov küçələrində də yenidənqurma işlərinə start verilib (Video+Foto)

Yol infrastrukturunun yenidən qurulması ilə vətəndaşların rahat gediş-gəlişini təmin etmək, o cümlədən nəqliyyat sıxlığının azaldılması istiqamətində dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxtın nəqliyyat

Bakıda yararsız hala düşən eyni səviyyəli piyada keçidləri yenilənib (Foto)Bakıda yararsız hala düşən eyni səviyyəli piyada keçidləri yenilənib (Foto)

Vətəndaş müraciətləri və Bakı Nəqliyyat Agentliyinin mütəxəssislərinin araşdırmaları nəticəsində əvvəlcədən müəyyən edilən yerlərdə yeni eynisəviyyəli piyada keçidləri çəkilib, yararsız hala düşən eyni səviyyəli piyada keçidləri yenilənib, standartlara cavab verməyən eyni