Avtoreyd.az bildirir ki, heyvan doğulduqdan bir saat sonra ölüb, amma yerli sakinlər dananı hamının görə bilməsi üçün şüşə yeşiyə yerləşdiriblər.
Hindistanın müxtəlif guşələrindən Uttar-Pradeşə gələn minlərlə insan çiçək çələngləri gətirir, heyvanın qarşısında baş əyərək, buzova sitayiş edirlər.
Yerli dini icmanın nümayəndələri bildiriblər ki, buzovun bədəni üç gün ərzində tamaşaçıların görməsi üçün nümayiş ediləcək, sonra isə yandırılacaq, külünü isə xüsusi olaraq tikilmiş məbəddə yerləşdirmək planlaşdırılır.
Əyalətin baş baytar həkimi Acay Deşmuk bu hadisəni anatomik anomaliya kimi xarakterizə edib.
Qeyd edək ki insanı xatırladan göz, burun və qulaqları olan buzov Hindistanın şimalında, Uttar-Pradeş əyalətində doğulub. Yerli sakinlər onu tanrı Vişnunun avatarı (təcəssümü) adlandırıblar və dananın şərəfinə məbədi tikmək istəyirlər. Hindu dininə görə tanrı Vişnu 24 təcəssümə malikdir.